Nyu-Yorkda yerləşən “Metropoliten-muzey” dünyanın ən yaxşı muzeyi hesab olunub.
Trend-in məlumatına görə, bu “TripAdvisor” saytının reytinqinə əsasən müəyyənləşdirilib.
İkinci yerdə ABŞ-dakı digər muzey, Yeni Orleanda İkinci dünya müharibəsi Milli Muzeyi qərarlaşıb.
İlk üçlüyü Parisdəki “Orse” muzeyi tamamlayır. Çikaqonun İncəsənət İnstitutunun muzeyi dördüncü, Sankt-Peterburqdakı “Ermitaj” muzeyi beşinci yerdə qərarlaşıb.
Reytinqdə ilk onluqda Nyu-Yorkda 11 sentyabr muzeyi, Madriddə “Prado” muzeyi və Londondakı Viktoriya və Albert muzeyi, Mexikonun Milli Antropologiya muzeyi və Afinada Akropol muzeyi yer alıb.