Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılması məsələsini müzakirə edəcək.
Trend-in məlumatına görə, bu məsələ oktyabrın 2-də keçiriləcək iclasın gündəliyində yer alıb.
Direktorlar Şurasının iclası qiyabi səsvermə formasında keçiriləcək.
Azərbaycanda nümayəndəliyin açılması məsələsindən əlavə, iclasda “Qazprom”un satınalma fəaliyyətinin rüblük yekunları da müzakirə olunacaq.