Türkiyənin paytaxtı Ankarada yeni tikilən bina çöküb.
Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsinin betonu tökülərkən uçqun baş verib.
Nəticədə iki fəhlə dağıntılar altında qalıb, xilasedicilər onları xilas edib. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.