Alman futbolçu “Beşiktaş” azarkeşlərinin səsinə dözə bilmədi (FOTO)

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən “Beşiktaş” – “Leypsiq” oyunu maraqlı məqamla yadda qalıb.

Trend-in məlumatına görə, alman futbolçu Timo Verner stadionda azarkeşlərin yüksək səsindən narahat olunca qulaqlarına tıxaclar taxıb.

Lakin bu da “Leypsiq”in ulduzuna kömək etməyib. T.Verner 32-ci dəqiqədə əvəzlənib.