Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və mədəniyyət müəssisələrində 15 sentyabrdan etibarən kino mövsümü başlayıb.
İdarədən Trend-ə verilən məlumata görə,
sentyabrın 22-də İdarənin Müşviqabad qəsəbə Mədəniyyət evində “Azərbaycanın Milli qəhrəmanları” filmi nümayiş etdirilib. Film nümayişləri qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Müşviqabad qəsəbə Mədəniyyət evində ilin sonunadək həftənin 3, 4 və 6-cı günləri kino seansları davam edəcək.