Azərbaycanda 563 otel fəaliyyət göstərir

Azərbaycanda bu gün 563 otel fəaliyyət göstərir. Vətəndaşlarımızın kredit kartlarının xaricdə vəsait xariciləri Azərbaycanda xarici turistlərin xərclədiyi vəsait xərcləri ilə müqayisədə 100 min manat aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyon 300 min manat vəsait xərcləyib. Yerli turistlərimizin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyon 200 min olub.

Ə. Qarayevin sözlərinə görə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin icrasından irəli gələn tapşırıqlar lazımi səviyyədə yerinə yetirilir.