İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Asiya Beyin Mərkəzlərinin Forumunda Azərbaycanı təmsil edib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı Şri-Lankada Asiya İnkişaf Bankı – Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda iştirak edib.

Astarainfo.az AZƏRTAC-a istinadən  xəbər ki, forum Şri-Lankanın paytaxtı Kolombo şəhərində Asiya İnkişaf Bankı və Şri-Lanka Siyasi Elmlər İnstitutunun təşkilatçılığı ilə baş tutub. Forumda 23 ölkədən dəvət olunmuş nümayəndələrin iştirakı ilə urbanizasiyanın maliyyələşmə üsulları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, quruma üzv beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etmək məqsədilə Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda ötən ildən başlayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir.