Nazir: Azərbaycana gələn əcnəbilərin sayı 23,1 faiz artıb

Bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb.

Astarainfo.az Trend-ə istinadən məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə ölkəyə gələnlərin sayındakı artım 2015-ci ilə nisbətən 11,7 faiz təşkil edib.

Ə.Qarayev deyib ki, bu il yanvar-avqust aylarında ölkəyə 1 milyon 818 min adam gəlib: “Mövsümlə əlaqədar ölkəyə gələnlərin sayı azala bilər. Ona görə də mövsümlülük aradan qaldırılmalıdır”.

Nazir deyib ki, bu il yalnız iyul-avqust aylarında hotellərdə 860 mindən çox adam yerləşdirilib.