Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

 Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınların avtomobil idarə etməsinə icazə verilib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Arabiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, qərar Səudiyyə kralı Salman bin Əbdül Əziz Əs-Səud tərəfindən qəbul olunub.

Yeni qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.