Sahibkarlar “Almaty Invest 2017” Forumuna dəvət olunurlar

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Almatıda keçiriləcək Beynəlxalq İnvestisiya Forumuna dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 5-də Qazaxıstanda “Almaty Invest 2017” V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Tədbirdə Qazaxıstan və Almatının investisiya iqlimi, qida sənayesi, təhsil və kino sənayesi müzakirə olunacaq. Forum çərçivəsində investorlar üçün master-klass təşkil ediləcək.

Forumda dünya və yerli biznes liderləri, investisiya şirkətlərinin, maliyyə institutlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.