Belarus Ukraynaya nota verdi

Ukraynanın DA-42 təyyarəsi Belarusun hava məkanını pozub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Belarus Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Ukraynanın Minskdəki səfirindən insidentə aydınlıq gətirilməsini istəyib.

Artıq məsələ ilə bağlı səfir nazirliyə dəvət edilib. Səfirə həmçinin Minskin etiraz notası da verilib.