Bu qış qripdən ölüm halları çox ola bilər. Bu proqnozla Rusiyalı alimlər çıxış edib.
Astarainfo.az Medicina.az-a istinadən xəbər verir ki, səhiyyə mütəxəssisləri Cənub yarımkürəsində epidemik olaraq yayılan qrip viruslarını təhlil edərək bildiriblər ki, bu qış Şimal yarımkürəsində H1N1 virusu və qrip virusundan ölüm hallarının sayı keçən ildən daha çox ola bilər.
Onlar kütlə arasında çox olan, ictimai nəqliyyatdan çox istifadə edən və risk qrupuna aid insanların bu virusdan peyvənd olunmalarını tövsiyə ediblər.