Məşhur Hollivud aktyoru Leonardo di Kaprio yeni filmdə ABŞ prezidenti Teodor Ruzvelti oynayacaq.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmin ssenari müəllifi Skott Blum, rejissoru isə Martin Skorsezedir.
Xatırladaq ki, T.Ruzvelt 1901-1909-cu illərdə ABŞ-ın 26-cı prezidenti olub. O, 1906-cı ildə Nobel mükafatı alıb.