İtaliyalı memar sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib

İtaliyalı memar Pentso Pyano öz çoxdankı arzusunu yerinə yetirərək sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib.

AZƏRTAC İnfuture.ru saytına istinadla bildirir ki, memar evi yunan filosofu Diogenin şərəfinə adlandırıb.

Maraqlıdır ki, evin sahəsi həddən ziyadə kiçik olmasına (3 x 2,5 m) baxmayaraq, burada normal həyat üçün bütün lazımi şərait yaradılıb.

Belə ki, mikro evdə qonaq otağı, həmçinin biotualet, duş, kiçik mətbəx qarnituru və soyuducu yerləşdirilib. Bir neçə ton çəkiyə malik evi çox asanlıqla yük maşınında başqa yerə aparmaq mümkündür.