“Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.