Türkiyə İraqın Kürd Muxtariyyətində keçirilən referendumdan narazı olsa da, İraqla sərhədlərini bağlamağı düşünmür. Trend-in məlumatına görə, bunu Ərbilin qubernatoru Navzad Hadi deyib.
Qubernator deyib: “Türkiyə artıq bəyan edib ki, sərhədləri bağlamağa səbəb yoxdur”.
Ərbilin qubernatoru daha sonra əlavə edib ki, Türkiyənin maksimum atacağı addım odur ki, öz sərhədlərinə Bağdaddan müşahidəçilər dəvət edə bilər.