Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar yekunlaşıb.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər arasında görüş təxminən 1,5 saat davam edib. Prezidentlər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Suriya münaqişəsi barədə müzakirələr aparıblar. Hazırda danışıqlar geniş tərkibli heyətlə davam etdirilir.

Müzakirə olunan məsələlərlə bağlı görüşün sonunda keçirilən mətbuat konfransında açıqlama veriləcək.

20:42

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri başlayıb. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyədə rəsmi qarşılanma mərasimi olub. Prezidentlər arasında görüş iqamətgahda keçirilib. Qarşılanma mərasimindən sonra Türkiyə və Rusiya bayraqları önündə görüşən Erdoğan və Putin daha sonra təkbətək və heyətlərarası görüşə başlayıblar.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, prezidentlər ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə ediləcək. Həmçinin, gündəmdə olan regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılacaq.