Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb – FOTO

Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan “Kamaz” markalı yük maşını quyuya düşərək aşıb.

Astarainfo.az “Report”-nun Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.