Antalyada 4.6 bal gücündə zəlzələ olub

Türkiyənin Antalya şəhərində 4.6 bal gücündə zəlzələ baş verib.

“Report”un məlumatına görə, Kandilli Rəsədxanasının Zəlzələlərin Araşdırılması İnstitutu yeraltı təkanın episentrinin Kəpəz rayonunun Kirişçilər məhəlləsi, dərinliyinin isə 84.4 kilometr olduğunu açıqlayıb.

Zəlzələ ətraf rayonlarda da hiss edilib.