Bakıda 6-ci Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək (VİDEO)

Oktyabrın 1-dən 10-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə 6-cı Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək.

Bu barədə Trend-ə “Təmiz Şəhər” ASC-dən məlumat verilib.

Müxtəlif məişət tullantılarından hazırlanan sənət əsərlərinin təqdim ediləcəyi sərgidə bu il Azərbaycan, Türkiyə, İran, Ukrayna, Hindistan, ABŞ, Böyük Britaniya, Rusiya və Almaniyanın incəsənət nümayəndələri iştirak edəcəklər.

Sərginin məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.