İranın Urmiya şəhəri yaxınlığında Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Yerli mətbuatın məlumatına görə, helikopter qəzasına texniki nasazlıq səbəb olub.
Bildirilir ki, helikopterdə olan hərbi mühəndis həlak olub, iki pilot isə təcili xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.