Mumiyalar, tanrılar, qaçqınlar – ən qəribə şou – VİDEO – FOTO

Fransanın paytaxtı Parisdə keçirilən “Paris Fashion Week” moda şousunda məşhur amerikalı dizayner Rik Ouen yeni kolleksiyasını təqdim edib.

Milli.Az-a   istinadən bildirir ki, 55 yaşlı ekssentrik dizayner və modelyerin kolleksiyası sanki friklər toplantısı idi.

O, kolleksiyasını “Mumiyalar, tanrılar və qaçqınlar” adlandırıb.

Ouenin dediyinə, kolleksiyası ABŞ-dakı aktual hadisələrin aynasıdır: “Nümayişlər, etiraz aksiyaları, Donald Trampın seçilməsindən sonrakı bu xaos məni narahat edir. İnsanları bu mənasız işləri dayandırmağa, enerjilərini müsbət məcraya yönəltməyə çağırıram”.

Kolleksiya dizaynerə xas üslubda idi. Assimetrik biçim, oversayz, printlərin və parlaq rənglərin yoxluğu…

 

Videonu izləmək üçün şəklə klikləyin:

Mumiyalar, tanrılar, qaçqınlar - ən qəribə şou