Türkiyənin İraqın şimalında 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb

PKK terror təşkilatının İraqın şimalında həyata keçirdiyi hücum nəticəsində Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiya Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda hadisənin sentyabrın 29-da baş verdiyi, yaralı hərbçilərin xəstəxanaya yerləşdirildiyi qeyd olunub.