Ukrayna XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin oktyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, onun səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Daha sonra hər iki nazir mətbuat konfransı keçirəcək.