Dövlət İmtahan Mərkəzi dünən 2019-cu il üçün ali məktəblərə qəbulla bağlı yenilikləri elan etdi.
A24.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bununla bağlı həssas məqamları qeyd edib.
1. İmtahan iki mərhələli olacaq. Birinci mərhələ həm buraxılış (attestat) imtahanı olacaq, həm də kolleclərə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün V qrup qəbul imtahanlarında 1-ci mərhələnin nəticəsi ikinci mərhələ ilə toplanacaq, yekunda maksimum bal 700 bal olacaq (ehtimal 1-ci mərhələ 300 bal, 2-ci mərhələ 400 bal).
2. Yenilik o demək deyil ki, artıq abituriyentlər Azərbaycan dilindən və Xarici dilən imtahan verməyəcək. Əksinə, bütün qrupların abituriyentləri birinci mərhələdə mütləq iştirak etməlidir və Azəbaycan dili və Xarici dildən imtahan verəcəklər. Hətta əvvəlki illərin məzunları V qrupdan bu fənlər üzrə imtahan verdikdən sonra qəbul imtahanlarında iştirak etməlidilər.
3. Buraxılış imtahanları daha əvvəlki illərdə olduğu kimi, sadə formatda olmayacaq. Daha ciddi və peşəkar suallardan tərtib olunacaq.
4. Təhsildə repetitorların rolu danılmazdır. Yəni, ali məktəblərə qəbul zamanı göstərilən nəticələr məhz onların fəaliyyətinin nəticəsidir. Amma təhsili repetitorlardan asılı halda saxlamaq olmaz.
5. Azərbaycan dili və Xarici dil qəbul imtahanlarının ixtisas quruplarından çıxarılıb, amma qəbul imtahanının tərkib hissəsi və 1-ci mərhələsi olan hissədə var. Bu o deməkdir ki, bu fənnin müəllimləri yenədə repetitorluğa davam edəcəklər. Çünki bütün ixtisaslar 1-ci mərhələdə iştirak etməlidir. Yəni 1-ci mərhələ qəbul imtahanlarında iştirak etmək üçün məcburidir.
6. Düzdür, ilkin vaxtlarda çoxları 1-ci mərhələnin asan və sadə olacağını düşünüb ciddi yanaşmayacaq, amma indidən bu mərhələyə xüsusi yanaşmaq lazımdır.
7. Qəbul imtahanları təkcə buraxılış və qəbl imtahanlarından ibarət olmayacaq. Esse və inşa kimi yeni qaydalar və əlavə mərhələdə tətbiq olunacaq.