Astarainfo.az xəbər verir ki,  sentyabr 21-25-də  Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Dünya Budo Döyüş Növləri Federasiyasının Budo Döyüş Növləri üzrə açıq Dünya çempionatında həmyerlimiz,VKC üzrə məşqçi, II dan Qara kəmər ustası Baxşiyev Zamin Azad oğlu 60 kq çəkidə MMA,Full Contakt versiyası üzrə rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur.Yarışda 30 -a yaxın ölkənin idmançıları mübarizə aparmışlar.

     Z.Baxşiyev hazırda VKC karate do üzrə Astara şəhər 3 saylı tam orta məktəbdə ictimai əsaslarla yeniyetmə və gənclərlə təlim məşqlər keçirir, onların fiziki hazırlığının yüksəldilməsinə dəstək olur.

      Z.Baxşiyevi təbrik edir ona yeni zirvələri fəth etməyi arzulayırıq.

 

Astarainfo.az