Azərbaycanın qadın voleybolçuları ilk setdə Niderland yığmasını məğlub ediblər

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qələbə qazanıblar.

18:01

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar.

Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.