ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta rəssam Nərgiz Quliyeva ilə görüşüb.
Səfirlikdən “Report”a verilən məlumata görə, R.Sekuta rəssamı “Dance of Freedom” (Azadlıq rəqsi) adlı rəsm əsərini ABŞ-ın Azərbaycandakı səfirliyinə ianə edilməsi ilə bağlı ona təşəkkür edib.
N.Quliyevanın sözlərinə görə, bu rəsm əsəri onun ABŞ-a olan sevgisini göstərir. Rəsm ABŞ səfirliyinin dəhlizində nümayiş olunacaq.