Çin Sincan-Uyğur Muxtar Bölgəsində yaşayan müsəlmanlara tətbiq etdiyi dini təzyiqlər ilə diqqət mərkəzindədir.

Yeni qəbul edilmiş bir qərar isə daha böyük əsk-səda doğuracaq.

A24.Az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin höküməti hesab edir ki, “Qurani-Kərim” artıq terrorçuluq simvoludur. Uyğur bölgəsində verilən bir fərmanda qeyd olunur ki, müsəlmanların əlindəki təsbeh və “Qurani-Kərim” artıq terrorçuluq simvolu sayılmalıdır.

Çin bölgədəki müsəlmanlardan əllərindəki İslam dini ilə bağlı hər şeyi təslim etməsini istəyir.

Ötən gün bölgədə yaşayan Qazax əsilli bir müsəlman “Radio Free Asiya”ya müsahibə verib. O, dünya müsəlmanlarından yardım istəyib. Bildirib ki, evində “Qurani-Kərim” və digər dini simvollar olan hər kəs həbs oluna bilər. “NY Post”un xəbərinə görə, Uyğur bölgəsi ilə yanaşı, Çinin Kaşqar, Hotan kimi bölgələrində də oxşar qərarlar qəbul edildiyi bildirilir. Müsəlmanlardan dini simvolları təslim etməli tələb olunur. Əks halda sərt sanksiyalar tətbiq ediləcəyi bildirilir.