Türkiyənin Konya şəhərində dünyada ilk olay yaşanıb. Ana və qızı eyni anda uşaq dünyaya gətirərək, uşaqlara Tayyib və Rəcəb adları veriblər.

Suriyadakı müharibə ilə bağlı üç il əvvəl ölkələrini tərk edib Konyada yerləşən 42 yaşındakı Fatma Birinci ilə 21 yaşında qızı Gadə Birinci eyni həftə hamilə olduqlarını öyrəniblər. İkiqat xoşbəxtlik yaşayan ana və qızı hamiləlik müddətini birlikdə keçirib. Eyni gün körpənin cinsini öyrənmək və doktorun nəzarətinə getmə fürsəti qazanmış ana – qız, oğullarını eyni anda qeysəriyyə əməliyyatı ilə dünyaya gətiriblər.

Doğuş prosesini həyata keçirən həkimlər də bu hadisəyə təccüblənib. Həkimlərin sözlərinə görə, bu, tibb dünyasında ilk hadisədir.

Qeyd edək ki, Fatma Birincinin yeni doğulandan əlavə 4 övladı var. Ancaq Gade Birincinin bundan əvvəl doğulan uşaqları çox yaşamayıb. Hazırda hər iki uşaq analarının yanında və sağlamdırlar.

xezerxeber.az