Fanat komandanın adını övladına qoydu

Fanat oğluna London klubunun şərəfinə Arsenal adı qoydu.

London “Arsenalının” azarkeşi Astrit Dervişay təzə doğulmuş oğluna Arsenal adını verib.

Astarainfo.az A24.Az-ə istinadən  xəbər verir ki, Kosovodan olan fanat bunu futbola və komandaya olan sevgisindən olduğunu deyir. Astritin 3 il bundan qabaq doğulan qızının adı da Arsenaldır. Dervişay 20 ildir ki, londonlulara azarkeşlik edir və dediyinə görə qoyduğu adlara həyat yoldaşı heç bir etiraz etməyib.