Şimali Koreya paytaxtı Pxenyanda yerləşən hərbi müəssisələrin birindən yeni ballistik raketlər çıxarılaraq start vəziyyətinə gətirilib.
“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “KBS” televiziyası hərbi mənbələrə istinadən məlumat yayıb.
Telekanalın xəbərinə görə, Cənubi Koreya və ABŞ kəşfiyyatı ballistik raketlərin Pxenyanın şimalındakı Sanım-don bölgəsində yerləşən raket texnikası tədqiqi və hazırlanması mərkəzindən çıxarıldığını qeydə alıb.
Bu raketlərin ya “Hvanson-12” tipli orta hərəkət radiuslu ballistik raketlər, ya da məhz elə bu müəssisədə istehsal olunan “Hvanson-14” tipli qitələrarası ballistik raketlər olduğu güman edilir.