“Dünyanın 8-ci möcüzəsi” adlandıra biləcəyimiz limon çeşidli yemək və içkilərdə istifadə olunan əvəzsiz bitkidir.
Publika.az xəbər verir ki, limon qida dəyərindən əlavə faydaları da mövcuddur.
1. Təmizləyici kimi
Limonun qabığını soyub həmin qabıqları 150 ml suda bir gecə saxlayın. Səhər həmin qarışığa 150 ml su əlavə edin və bir qaba tökün. Alınan məhlulu evinizin təmizliyi zamanı müxtəlif yerlərdə istifadə edə bilərsiniz.
2. Mətbəx taxtasını təmizləmək
Mətbəxdə doğramaq üçün istifadə etdiyiniz taxtanı kiimyəvi təmizləyicilər əvəzinə, limonla təmizləyə bilərsiniz. Bu üsul daha sağlam və praktikdir.
3. Ağ paltarlardakı ləkələri məhv edir
Ağ paltarları və yataq örtüklərindəki ləkələri limon suyuna karbonat qarışdırmaqla yox edə bilərsiniz. Bu əməliyyatı paltarları paltaryuyana atmazdan öncə etməlisiniz.
4. Manikür zamanı
Limon suyu dırnaqları möhkəmləndirmək üçün əvəzedilməz vasitədir. Manikür zamanı yarım limonun suyunu ilıq suya əlavə edin və həmin suda əllərinizi 10 dəqiqə saxlayın.
5. Çillərdən qurtulmağın yolu
Limonu cildinizdə olan ləkələrə və çillərə sürtərək onları tez bir zamanda yox edə bilərsiniz. Bunun üçün yarım limonu üzünüzə çəkin və bir neçə dəqiqədən sonra ilıq su ilə yuyun. Yuduqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.
6. Qab yuyulan yerləri təmizləmək
Limon qabıqlarına karbonat əlavə edin və qab yuyulan yerləri bir neçə dəqiqə həmin qabıqlarla sürtün. Limon qabığı həmin yerləri həm dezinfeksiya edir, həm də parladır.
7. Ayaqqabı qoxusundan qurtulmaq
Təzə limonun qabıqlarını soyun və ayaqqabılarınızın içinə qoyun. Bir gecə gözlədikdən sonra qabıqları götürün. Ayaqqabılarınız yeni alınmış kimi qoxacaq.
8. Qoltuqaltı bölgəni ağartmaq
Xüsusilə yay aylarında xoşagəlməz görüntü yaradan qoltuqaltı qaralmaları yox etmək üçün limondan istifadə edin. Limonun tərkibindəki turşu ölü hüceyrələri təmizləyir və dərini ağardır. Bu üsuldan 7 gün istifadə etsəniz, arzuolunan nəticə əldə edəcəksiniz.
Publika.az
Zümrüd