Daha əvvəl Ərdoğanın səfəri sentyabrın 10-11-nə planlaşdırılsa da, sonradan səfər türk liderin iş proqramı ilə bağlı təxirə salınmışdı. Maraqlı məqamlardan biri odur ki, Ərdoğanın Qazaxıstan səfəri də təxirə salındı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi gözlənilir.

Astarainfo.az-ın məlumatına görə bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfərin nə zaman baş tutacağı barədə onda hər hansı məlumat yoxdur.

“Ümid edirik ki, səfərin tarixi yaxın vaxtlarda açıqlanacaq”.