Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan xəstəxanaya yerləşdirilib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, kor bağırsağından şiddətli ağrılarla xəstəxanaya gətirilən nazir əməliyyat olunub.
Hazırda nazirin səhhətinin qənaətbəxş olduğu deyilir.