Türkiyənin nəqliyyat naziri xəstəxanaya yerləşdirilib

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kor bağırsağından şiddətli ağrılarla xəstəxanaya gətirilən nazir əməliyyat olunub.

Hazırda nazirin səhhətinin qənaətbəxş olduğu deyilir.