Rusiya aviasiyası 2 mindən çox silahlını məhv etdi

Rusiya aviasiyasının Suriya ərazisindəki hədəflərə endirdiyi zərbələr nəticəsində silahlılar 19-29 sentyabr tarixlərində 2359 ölü və 2700-dək yaralı olaraq təsdiqlənmiş itki verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Məlumata görə, məhv edilmiş terrorçular arasında 16 nəfəri komandir, 400-dən çoxu isə MDB ölkələrinin vətəndaşıdır.

Rusiya aviasiyası qeyd olunan müddət ərzində terrorçulara məxsus 67 dayaq məntəqəsi, 27 tank, 21 zenit-raket qurğusu, 149 avtomobil və 51 hərbi sursat anbarı məhv edib.