ABŞ prezidenti Donald Tramp oktyabrın 4-də Las-Veqas şəhərinə gedəcək.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 2-də keçirdiyi mətbuat konfransında məlumat verib.
“Mən oktyabrın 4-də hüquq-mühafizə orqanlarının nümayəndələri və fövqəladə xidmətin işçiləri ilə, həmçinin ölənlərin və yaralıların ailə üzvləri ilə görüşmək üçün Las-Veqasa yollanacağam”, – D.Tramp bildirib.
ABŞ prezidenti ölkə ərazisində milli matəm elan olunduğunu, bayraqların yarıyadək endirildiyini də vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda “Route 91” kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsidir.