7-11 oktyabr tarixlərində Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə nazirlik tərəfindən keçirilmiş müsabiqə əsasında seçilmiş 21 Azərbaycan şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı ilin 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan Fərmanına uyğun olaraq, indiyədək yerli məhsullarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində, Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində və Rusiyanın Moskva şəhərində keçirilimiş “Worldfood Moscow 2017” sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.