Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” məsələ müzakirəyə çıxarılıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konvensiyaya qoşulmağın vacibliyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın beynəlxalq müqavilələr imzalaması baxımından bu konvensiyaya qoşulmaq vacib əhəmiyyət daşıyır.

Daha sonra məsələ səsə qoyulub və qəbul olunub.