Bakıda kütləvi futbol həftəsi festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin ərazisində AFFA tərəfindən kütləvi futbol həftəsi festivalı keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, layihənin məqsədi futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmanın digər növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Əlli uşağın qatıldığı festivalın ən gənc iştirakçısı 2015-ci il təvəllüdlü Ruqeyya Rəsulova olub.

Sonda festival iştirakçılarına AFFA tərəfindən hədiyyələr təqdim edilib.