Bu gün Azərbaycanın bəzi bölgələrinə qar yağacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər yayıb. Bildirilir ki, ölkənin yüksək dağlıq ərazilərində sulu qar və qar yağacaq. Havanın temperaturunun isə rayonlarda gecə 9-14, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-16, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.