DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.
Trend-in məlumatına görə, AFFA-nın saytına fikrini bildirən R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:
“Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən R.Sadıqov yığmanın heyətində 110 oyun keçirib.