Bakının Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxıb.
Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.