Kataloniyada keçirilən referendum barədə xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə,  Kataloniya müstəqillik əldə edərsə, “Barselona”, “Espanyol” və “Jirona”nın  taleyi də sual altına düşəcək. 

İspaniya dövləti  bu klubların La-Liqada çıxışına qadağa qoyacağını əvvəlcədən bəyan edib. Yerli mətbuatda səslənən iddialara görə, “Barselona” və eləcə də digər iki klub İngiltərə Premyer Liqasında çıxış edə bilər. Əgər Kataloniya müstəqillik əldə edərsə, bu komandalar EPL-də oynayacaqlar.

Bu barədə Kataloniyanın idman naziri Xerard Fiqueras məlumat verib: “UEFA bizə heç bir cəza ver bilməz. Dünyada belə nümunələr çoxdur. Məsələn, “Suonsi Siti” klubu Uelsi təmsil etsə də, İngiltərə Premyer Liqasında oynayır”.

“Barselona”nın bəzi futbolçuları da referenduma qoşulub. Səs verən futbolçular arasında Xerard Pike də var. O, La-Liqanın son turunda “Las-Palmas”a qarşı keçirdikləri oyundan sonra bu barədə açıqlama da verib: “Hər kəsi səs verməyə çağırıram. Vərəqləri boş qoymayın. Yazın, doludurun. “Hə” və ya “yox” fərq etməz. Frankonun vaxtında biz öz ideyalarımızı müdafiə edə bilmərik. Mən Kataloniyanı hiss edirəm və onlarla qürur duyuram. İspaniya baş naziri Mariano Rahoyu  kəskin tənqid etmək lazımdır. İnsanlar şiddət olmasan etiraz etdilər. Düşündüm ki, ispanlar sülhlə səsverməni dayandıracaqlar. Amma hamı şiddəti gördü. Bu son 50 ildə ən pis qərarlardan biridir. Kataloniyaya qarşı çox ayrı-seçkilik etdilər və nəticələri mütləq olacaqdı. Orada uşaqlar, qadınlar, nənələr, babalar olsa da, polis insanları döydü. Bu çox yanlışdır. Milli komandaya gəlincə, hər zaman oynamağa hazıram. İspaniya yığmasında və ya İspaniya Futbol Federasiyasında heç kimlə problemim yoxdur. Əgər hər hansı problem yaradarlarsa, 2018-ci ildən öncə millini tərk edəcəm”.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da referenduma qatılıb. Səs verən mütəxəssis bu barədə açıqlama da verib: “Barselona hər zaman əhəmiyyətli şəhər olub. General Franko dövründə bizim bütün azadlıqlarımız əlimizdən alınmışdı. Getdikcə zaman dəyişir. İnsanlar istəklərini daha yaxşı həyata keçirməlidirlər. Mən də bu səsvvermədə iştirak etməliyəm”.

Elsevər