Lənkəranda yanğın

Bu gün Lənkəran rayonunun Liman şəhərində ümumi sahəsi 144 m2 olan müxtəlif təyinatlı obyektin yanar konstruksiyaları 104 m2 sahədə yanıb.

 Astarainfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.