Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur.
Trend-in məlumatına görə, buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub.
Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub.
HAzırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır.