Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, oktyabrın 1-dək fonda 85.239.254,73 AZN, 212.873,88 ABŞ dolları, 8636,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.