Bakıda xəstəxanada müalicə olunan 16 yaşlı qız itkin düşüb Böyüt

Bakıda 16 yaşlı qız itkin düşüb.

APA-nın məlumatına görə, Klinik Tibbi Mərkəzdə müalicə alan, 2001-ci il təvəllüdlü Gülnaz Həzi qızı Əbuzərova xəstəxanadan çıxıb gedib və geri qayıtmayıb.

G. Əbizərovanın ailəsi bu barədə Nəsimi rayon Polis İdarəsinə məlumat verib.

Hazırda faktla bağlı araşdırma aparılır.