Fizika üzrə Nobel mükafatçıları məlum olub

Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilib.

Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.